Azərbaycan millisinin qapıçısı Emil Balayevlə bağlı yeni iddia ortaya atılıb.
Apasport.az saytının məlumatına görə, Qazaxıstan mətbuatı qolkiperin klubu "Tobol"dan ayrıldığını vurğulayıb.
Bildirilir ki, Balayevin individual məşqlər və reabilitasiya üçün Türkiyəyə yollanması, təlim-məşq toplanışının birinci mərhələsini kollektivdən ayrı keçirməsi xəbəri reallığı əks etdirmir. Həmkarlarımız 26 yaşlı qapıçının əslində "Tobol"dan ayrıldığını, sadəcə məlumatın hələlik gizli saxlanıldığını qeyd ediblər. Fevralın 1-nə qədər onun yeni komandası müəyyənləşəcək və yalnız həmin vaxt Emilin "Tobol"dan gedişi açıqlanacaq.
Qeyd edək ki, "Tobol"da baş məşqçi postuna erməni əsilli Qriqori Babayan gətirildikdən sonra Emil Balayevin komandadan ayrılacağı gözlənilir.
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"