Millətlər Liqasında Azərbaycanla eyni qrupda yer alan Qazaxıstan yığması daha bir itki ilə üzləşib.
Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi Azat Nurqaliyev sıradan çıxıb.
“Turan”ın kapitanı dizindən aldığı zədə səbəbindən uzun müddət kollektivdən ayrı qalacaq. Millimizin qapıçısı Emil Balayevin komanda yoldaşı olan 35 yaşlı oyunçunun hətta mövsümü başa vurmaq riski də var. Bu isə o deməkdir ki, Nurqaliyev Millətlər Liqasının ilk oyunlarında iştirak etməyəcək.
Qazaxıstan yığması C Liqasının III qrupundakı ilk oyununu iyunun 3-də məhz Azərbaycan millisinə qarşı keçirəcək. Həmin matç “Astana Arena”da baş tutacaq.
Qeyd edək ki, Qazaxıstan yığmasının müdafiəçisi Nurlan Dairov da zədə ucbatından millimizlə oyunu buraxacaq.