Emin Mahmudov: “Qollarım müsbət nəticələrə kömək etmədi”
13.12.2021 - 13:29
Emin Mahmudov: “Qollarım müsbət nəticələrə kömək etmədi”

“Məni bu ada layiq görülən hər kəsə təşəkkür edirəm”.

Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin kapitanı Emin Mahmudov İdman Araşdırmalar Mərkəzi (İAM) tərəfindən təşkil edilən “İlin Qalibləri-2021” layihəsi zamanı çıxışında deyib.

İlin futbolçusu adına layiq görülən milli komandamızın üzvü mükafatı adına layiq görülən Mahmudov milli komanda və “Neftçi”dəki komanda yoldaşlarına təşəkkür edib: “Xüsusən də, masajçımız Rövşən Muradova təşəkkürümü bildirirəm. Mənə inandığı üçün millinin baş məşqçisi Canni de Byaziyə təşəkkür edirəm. Düzdür, qollarım müsbət nəticələrə kömək etmədi. Amma yenə də əlimdən gələni edirəm, daha yaxşı oynamağa çalışacağam”.