Azərbaycan millisinin hücumçusu Mahir Emreli klubu “Legiya”ya məktub göndərib.
Apasport.az xəbər verir ki, bu barədə tanınmış jurnalist Eugenio Qonzales Aqilera məlumat yayıb.
O, tvitter səhifəsi vasitəsilə 25 yaşlı forvardın Varşava təmsilçisi ilə müqaviləsinə xitam vermək niyyətində olduğunu vurğulayıb. Hətta da o bildirilib ki, “Legiya” rəhbərliyi bundan imtina etsə, Emreli komandanın Dubaydakı təlim-məşq toplanışına qatılmayacaq.
Jurnalistin iddiasına görə, Mahirin vəkilləri kluba məktub göndərərək, sözləşməni ləğv etmək üçün prosedura başlayacaqlarını yazıblar.
ABŞ-dan olan vəkillərin klubla danışığı uğursuz nəticələnsə, o zaman tərəflərin məsələsinə məhkəmədə aydınlıq gələcək.
Qeyd edək ki, Mahir Emrelinin “Legiya” ilə müqavilə müddəti 2024-cü ilin yayına qədərdir.