Emreli-Krivotsyuk dueli baş tutmayacaq
11.12.2021 - 15:08
Emreli-Krivotsyuk dueli baş tutmayacaq

Azərbaycan millisinin futbolçuları Mahir Emreli ilə Anton Krivotsyukun komandası Polşa Ekstraklasasının XVIII turunda üz-üzə gələcək.

Apasport.az saytının məlumatına görə, “Visla” ilə “Legiya” arasında Plotskdakı görüşdə azərbaycanlıların dueli baş tutmayacaq.

Buna səbəb Krivotsyukun cəzalı olmasıdır. Sarı vərəqə cəzalısı olan yığmamızın müdafiəçisi sabahkı qarşılaşmada meydana çıxa bilməyəcək. Onunla yanaşı, komanda yoldaşları Duşan Laqator və Dominik Furman da eyni səbəbdən çempion önünə çıxmayacaq.

Qeyd edək ki, sabah keçiriləcək “Visla” – “Legiya” matçı Bakı vaxtı ilə 18:00-da başlayacaq.