“Hər şey baş verəndən sonra xəstəxanaya gedərkən yoldaşıma dedim ki, butslarımı mismardan asa bilərəm”.
Apasport.az saytının məlumatına görə, bunu Danimarka millisinin yarımmüdafiəçisi Kristian Eriksen AVRO-2020-nin qrup mərhələsində Finlandiya (0:1) ilə oyunda ürəyinin dayanması barədə danışarkən deyib.
İngiltərənin “Brentford” klubu ilə anlaşan ulduz futbolçu karyerasını bitirib-bitirməməsi barədə çox düşündüyünü söyləyib: “Həmin gün futboldan getmək istəyirdim, qərar iki gündə dəyişdi. Başıma gələnləri bir neçə gün sonra başa düşdüm. Sonra testlər, təhlillər başladı və getdikcə daha çox düşünməyə başladım. Sağalmağa doğru gedirdim. Bildirdim ki, tibbi testlərin nəticələri qaydasında olsa, karyeramı davam etdirə biləcəyəm. Ürəyimin stressə necə cavab verəcəyini görmək üçün çoxlu fiziki testlər etdim. Xoşbəxtlikdən hər şey yaxşı keçdi”.
Qeyd edək ki, Kristian Eriksen “Brentford”la mövsümün sonuna qədər müqavilə imzalayıb. 30 yaşlı oyunçunun tibbi testlərdən uğurla keçdiyi açıqlanıb.
- Fatih Tekke İSTEFA VERDİ
- “Roma” Ostervolde transferindən imtina etdi – Futbolçu “Fənərbaxça”ya qayıdır
- UEFA İnfantinonun FİFA prezidentliyinə namizədliyini dəstəkləməyəcək
- UEFA İnfantinodan əl çəkmir – FIFA prezidentini devirmək üçün yeni plan
- “Fənərbaxça” – “Lion” matçından sonra gərginlik - 6 nəfər saxlanılıb