Danimarka millisinin futbolçusu Kristian Eriksen karyerasını bitirmək niyyətində deyil.
Arasrort.az saytının məlumatına görə, 30 yaşlı yarımmüdafiəçi hələ də futbolla bağlı hədəflərinin olduğunu açıqlayıb.
“İnter”dən yenicə ayrılan və özünə klub axtaran Eriksen bu ilin sonlarında Qətərdə keçiriləcək dünya çemrionatına yollanmağın xəyalını qurur: “DÇ-2022-də oynamağı çox istəyirəm. Geri dönməyi arzulayıram, bunu bacaracağıma da əminəm. Fiziki cəhətdən ən yaxşı formamı bərra etdiyimi deyə bilərəm”.
Qeyd edək ki, AVRO-2020-nin Danimarka – Finlandiya oyunu zamanı (0:1) ürəyi dayanan Eriksen uzun müddət müalicə olunduğu üçün həmin vaxtdan sonra heç bir rəsmi matça çıxmayıb.