FİFA reytinqində millimiz yerində saydı
23.12.2021 - 13:00
Milli komandaların FİFA reytinqi açıqlanıb.
Apasport.az saytının məlumatına görə, Azərbaycan millisi 2021-ci ilin son cədvəlində 120-ci pillədə qərarlaşıb.
Komandamızın hesabında 1139 xal var. Hesabat dövründə heç bir matça çıxmayan Canni de Byazinin yetirmələri ötən aydakı mövqeyini qoruyub.
Qardaş Türkiyə yığmasının 1473 xalı var. “Ay-ulduzlular” siyahıda 37-cidir.
Siyahıya Belçika başçılıq edir – 1828. Braziliya 2, Fransa 42 xal geri qalır.
Qeyd edək ki, növbəti siyahı 2022-ci il fevralın 10-da açıqlanacaq.
0
0