Fabiana son təklif
11.05.2022 - 23:39
Fabian Ruis şərəfini qoruduğu “Napoli”dən ayrılmağı planlaşdırır.
Apasport.az saytının məlumatına görə, ispaniyalı yarımmüdafiəçi 2023-cü ildə başa çatacaq müqaviləsini uzatmaqdan boyun qaçırır.
Neapol təmsilçisinin prezidenti Aurelio Di Laurentis futbolçuya son təklifini edib. O, 2027-ci ilədək komandada qalmağa razılaşsa, ildə 3,5 milyon avro qazanacaq. Lakin Fabianın təklifi qəbul etməsi inandırıcı deyil.
Ruis karyerasını vətənində davam etdirmək istəyir. Belə ki, “Real” və “Barselona” onun xidmətində maraqlıdır.
0
0