Fatinin qayıdacağı tarix bilindi
10.12.2021 - 17:09
Fatinin qayıdacağı tarix bilindi

“Barselona”nın hücumçusu Ansu Fati zədəsini sağaltmaqda davam edir.

Apasport.az saytının məlumatına görə, 19 yaşlı forvard artıq məşqçiləri də intensivləşdirib.

Lakin Kataloniya klubunun məşqçilər korpusu onu riskə atmaq istəmir. Bu səbəbdən gənc futbolçunun dönüşü yanvarın 2-də La Liqanın XIX turunda “Malyorka” ilə qarşılaşmaya təxirə salınıb. Bu isə o deməkdir ki, Fati daha 4 matçı buraxacaq.

O çempionatda “Osasuna”, “Elçe”, “Sevilya”, Dieqo Maradonanın xatirəsinə həsr olunan yoldaşlıq görüşündə isə “Boka Xuniors”la dueldə iştirak etməyəcək.