Feliks qayıdır
04.05.2022 - 16:46
Feliks qayıdır

“Atletiko”nun futbolçusu Joao Feliks mövsümün sonunadək meydana qayıdacaq.

Apasport.az saytının məlumatına görə, 22 yaşlı hücumçunun müalicə və bərpa prosesi vaxtından tez başa çatacaq.

Portuqaliyalı forvard artıq xüsusi proqram üzrə məşqlərə başlayıb. Onun XXXVII turda “Sevilya”ya qarşı matça hazır olacağı gözlənilir. Bu qarşılaşma mayın 15-də baş tutacaq.

Qeyd edək ki, Joaonun cari mövsüm meydana çıxa bilməyəcəyi gözlənilirdi.