Fernandu Santuş: “Dünya çempionatına çıxmasaq, gedəcəyəm”
18.11.2021 - 09:16
Fernandu Santuş: “Dünya çempionatına çıxmasaq, gedəcəyəm”

Portuqaliya millisi DÇ-2022-yə vəsiqə qazana bilməsə, baş məşqçi Fernandu Santuş vəzifəsini tərk edəcək.

Apasport.az saytının məlumatına görə, bunu 67 yaşlı mütəxəssis özü açıqlayıb.

O bildirib ki, yığma pley-off səddini adlamasa, postundan ayrılacaq: “Əgər biz dünya çempionatına çıxmasaq, mən gedəcəyəm. Amma bu mövzuda danışmağa dəyməz. Pley-offu keçəcəyimizə şübhə etmirəm”.

Qeyd edək ki, Santuşun müqaviləsi 2024-cü ilin yayında başa çatacaq.