Filip Ozobiç üçün dünyanın bir nömrəsi odur
10.01.2022 - 11:30
Filip Ozobiç üçün dünyanın bir nömrəsi odur

“2021-ci ildə dünyanın bir nömrəli futbolçusu Robert Levandovski idi”.

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin və “Qarabağ”ın yarımmüdafiəçisi Filip Ozobiç deyib.

Ölkəsi Xorvatiya mətbuatına açıqlama verən 30 yaşlı pleymeyker “Bavariya”nın polşalı forvardını fərqləndirib: “Mənə görə dünyanın ən yaxşı futbolçusu Lionel Messidir. Amma belə mükafatlar bir illik çıxışa əsasən verilir. Bu mənada Levandovski performans baxımından keçən il ən yaxşı idi”.

Ozobiç həmyerliləri arasında da seçim edib. O, “Real”ın yarımmüdafiəçisi Luka Modriçi ən yaxşı hesab edir: “Məncə, yenə Modriç ən yaxşı idi. Mateo Kovaçiç də uğurlu çıxış etdi. Ancaq mənim üçün Luka oynadığı müddətdə bir nömrədir”.