Final oyununu kimlər buraxacaq?
05.05.2022 - 15:55
Final oyununu kimlər buraxacaq?

Mayın 7-də keçiriləcək 3-yer uğrunda və final matçı ilə futzal üzrə Yüksək Liqada 2021//22 mövsümünə yekun vurulacaq.

Apasport.az xəbər verir ki, komandalar həlledici matça heç də ideal heyətlə çıxa bilməyəcək.

EKOL-dan Mehdi Rəsulov, Samir Həmzəyev və Faiq Əliyev hər iki oyunda sarı vərəqə aldığına görə, final görüşündə iştirak etməyəcək. “Araz-Naxçıvan”da isə cəzalı olduğuna görə pley-off matçlarında iştirak etməyən Murilo Borqes bu dəfə komandasına kömək edə biləcək.

“Neftçi”nin qapıçısı Anar Məmmədov EKOL-la pley-offun ikinci matçında qırmızı vərəqə aldığından, cəzalı durumdadır.

Qeyd edək ki, əvvəlcə “Baku Fire” və “Neftçi” İK bürünc medalın sahibini müəyyənləşdirəcək. Final qarşılaşmasında isə “Araz-Naxçıvan”la EKOL gücünü sınayacaq.