Fransalı futbolçu Liverpul klubundan ayrılacaq 
09.01.2022 - 00:06
Fransalı futbolçu Liverpul klubundan ayrılacaq 

“Everton”un müdafiəçisi Luka Din komandasını dəyişmək fikrinə düşüb.

Apasport.az saytının məlumatına görə, bunu Liverpul klubunun baş məşqçisi Rafael Benites açıqlayıb.

Onun sözlərinə görə, Fransa millisinin üzvü ayrılmaqda israrlıdır: “Hər bir azarkeşə və ya keçmiş oyunçuya sual vermək istərdim: Komandada qalmaq istəməyən futbolçuya nə deyərdiniz? Hər şey çox sadədir. Mən Dinlə bir neçə dəfə danışdım, nə düşündüyünü söylədi”.

Qeyd edək ki, Beniteslə münasibətləri korlanan Luka Din dekabrın 1-də “Liverpul”a məğlubiyyətdən sonra şans qazanmayıb.