Frenki de Yonqun atası: “5 klubdan təklif almışıq”
14.12.2021 - 23:24
Frenki de Yonqun atası: “5 klubdan təklif almışıq”

“Barselona” yarımmüdafiəçisi Frenki de Yonqla yollarını ayıra bilər.

Apasport.az saytının məlumatına görə, bunu ulduz futbolçunun atası Con de Yonq istisna etməyib.

Onun sözlərinə görə, oğlunun satılması Kataloniya klubunu maliyyə sıxıntısından qurtara bilər. Con de Yonq hətta təkliflər aldığını da gizlətməyib: “Barselona”nın pula ehtiyacı olduğunu bilirəm. Frenkinin satılması da onları rahatlada bilər. Ancaq onun yaxın gələcəkdə komandadan ayrılacağını düşünmürəm. Buna baxmayaraq, Avropanın ən güclü 5 klubundan təklif aldığımızı gizlətmirəm”.

Qeyd edək ki, bu mövsüm “Barselona”nın heyətində 19 oyun keçirən Frenki de Yonq 1 qol vurub, 2 məhsuldar ötürmə verib.