Fritz Ştuxlikdən özünəməxsus ənənə - ən yaxşı hakimimiz autsayderlərin oyununda
14.12.2021 - 14:28
Fritz Ştuxlikdən özünəməxsus ənənə - ən yaxşı hakimimiz autsayderlərin oyununda

Azərbaycan Premyer Liqasında XIV turun oyunlarını idarə edəcək hakimlər müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, bununla 2021-ci ilin son təyinatları açıqlanıb.

Qəribəsi burasındadır ki, Azərbaycanın ən yaxşı hakimi hesab edilən Əliyar Ağayev iki mərkəzi oyundan heç birinə təyinat almayıb. AFFA Hakimlər Komitəsinin sədri Fritz Ştuxlik FİFA referisini autsayderlər sırasında qərarlaşan “Sumqayıt”la “Keşlə”nin matçına göndərmək qərarına gəlib.

Əvəzində “Qəbələ” – “Neftçi” görüşü Kamal Umudluya, “Qarabağ” – “Zirə” qarşılaşması isə Rəvan Həmzəzadəyə həvalə olunub.

Azərbaycan Premyer Liqası
XIV tur
15 dekabr (çərşənbə)
16:00. “Qəbələ” – “Neftçi”
Hakimlər:
Kamal Umudlu, Müslüm Əliyev, Kamran Bayramov, Səbuhi Bayramov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Qəbələ şəhər stadionu

19:00. “Sumqayıt” – “Keşlə”
Hakimlər:
Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rövşən Rəcəbov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: İlham Əliyev
“Kapital Bank Arena”

16 dekabr (cümə axşamı)
16:30. “Səbail” – “Sabah”
Hakimlər:
Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Bəhram Qurbanov
“ASCO Arena”

19:00. “Qarabağ” – “Zirə”
Hakimlər:
Rəvan Həmzəzadə, Cəmil Quliyev, Qəzənfər Məmmədov, İnqilab Məmmədov
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Azersun Arena”