Futbolçular cərimələnsin – yığmadakı zəif oyuna görə yeni təklif
20.12.2021 - 17:42
Futbolçular cərimələnsin – yığmadakı zəif oyuna görə yeni təklif

Futbolçuların Premyer Liqa və yığmadakı zəif oyuna cərimələnməsi ideyası gündəmə gəlib.

Apasport.az saytının məlumatına görə, bu təklifi Rusiya Dövlət Dumasının deputatı Sultan Xamzayev irəli sürüb.

O, bununla bağlı idman naziri Oleq Matıtsin və Rusiya Futbol İttifaqının prezidenti Aleksandr Dyukova məktub ünvanlayıb. Xamzayev bu cərimələrin futbolçuların oyuna daha çox motivasiya olmağa vadar edəcəyi qənaətindədir. Təklifə əsasən, oyunçular azarkeşlərin şikayətlərinə, zəif oyuna və intizamsızlığa görə cərimə olunmalıdır.