Futbolumuz Avropanın ekvatorunda
30.12.2021 - 17:21
Avropa ölkələrinin top reytinqi açıqlanıb.
Apasport.az saytının məlumatına görə, klubların nəticələrinə əsasən tərtib olunan cədvəldə 49 ölkə yer alıb.
Azərbaycan siyahının düz ortasında - 25-ci sırada qərarlaşıb. Ekvatorda olan futbolumuz 24 ölkəni qabaqlayırsa, eyni sayda ölkədən geri qalır. Hesabımızda 196 xal var.
Cədvələ İspaniya başçılıq edir – 6609 xal. İngiltərə 6439 xalla ikincidir. Almaniyanın 4294 xalı var.
0
0