Güzəşt olunmadı - Samir Abasova
17.05.2021 - 13:39
Güzəşt olunmadı - Samir Abasova

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Apasport.az saytının məlumatına görə, toplantıda “Neftçi”nin baş məşqçisi Samir Abasovun məsələsi müzakirə olunub.

Premyer Liqanın XXIV turunda “Sabah”la keçirilən qarşılaşmadan sonra dava-dalaşa təhrikedici hərəkətlər etməsinə, aqressivlik göstərməsinə, mətbuat konfransı zamanı hakimin qərarlarını müzakirə etməsinə və qeyri-etik ifadələr işlətməsinə görə 2 oyunluq cəzalandırılan Abasovla bağlı qərar qüvvədə saxlanılıb.

Onun həmin hərəkəti “Neftçi”ni 4000 manat məbləğində ziyana salıb.

0