Haland üçün 300 milyon avro ayrıldı
07.01.2022 - 16:52
Haland üçün 300 milyon avro ayrıldı

PSJ komandadan ayrılmağa hazırlaşan Kilian Mbappenin əvəzləyicisini müəyyənləşdirib.

Apasport.saz saytının məlumatına görə, Paris təmsilçisi aparıcı futbolçusunun “Real”a keçidi təqdirində Dortmund “Borussiya”sının forvardı Erlinq Halandı transfer edəcək.

Fransızlar norveçli üçün indidən 300 milyon avroluq büdcə ayırıblar. “Borussiya”dan 75 milyon avro qarşılığında transfer ediləcək gənc oyunçunun özünə illik 30 milyon avro maaş təklif olunacaq. Rəhbərlik futbolçunun atası Alf-İnqe Haland və meneceri Mino Rayolaya da ödəniş etməyi planlaşdırır. Bütün xərclər ümumilikdə 300 milyon avro təşkil edəcək.

Qeyd edək ki, bu mövsüm aktivində 19 qol yazdıran Erlinq Haland “Real”, “Barselona”, “Mançester Siti” və “Mançester Yunayted”in də maraq dairəsindədir.