Halanda vaxt verildi
29.12.2021 - 13:00
Halanda vaxt verildi

Dortmund “Borussiya”sı hücumçusu Erlinq Halandla yeni müqavilə imzalamaq niyyətindədir.

Apasport.az saytının məlumatına görə, 21 yaşlı forvard qərarını iki ay ərzində rəhbərliyə çatdırmalıdır.

Avropa nəhənglərinin maraq dairəsində olan forvard ən geci fevralda almanlara gələcəyi ilə bağlı qərarını açıqlamalıdır. Norveç millisinin üzvü həmin vaxta qədər yeni sözləşməyə razılıq verməsə, “Borussiya” mövsümün sonunda onunla bağlı digər təklifləri dəyərləndirəcək.

Qeyd edək ki, Erlinq Halandın “Borussiya” ilə hazırkı müqavilə müddəti 2024-cü ilin yayına qədərdir.