Hames Rodrigesə MLS-dən təklif
07.05.2022 - 17:45
Hames Rodrigesə MLS-dən təklif

Qətərin “Əl-Rəyyan” klubunda çıxış edən Hames Rodriges karyerasını MLS-də davam etdirmək təklifi alıb.

Apasport.az saytının məlumatına görə, kolumbiyalı yarımmüdafiəçinin xidmətində “İnter Mayami” maraqlıdır.

Klubun sahibi Devid Bekhem Hamesi komandasında görmək istəyir. 30 yaşlı futbolçu ABŞ klubunda ilə 6,5 milyon funt sterlinq qazana bilər. O, komandasında ən yüksək ödənişli oyunçu olacaq.

Qeyd edək ki, Hames Qətər klubunda keçirdiyi 14 matçda 5 qol və 7 assistə imza atıb.