“Komanda yoldaşlarıma təşəkkür edirəm. Yaxşı nəticə qazandıq”.
Apasport.az saytının məlumatına görə, bunu “Zirə”nin futbolçusu Hamidu Keyta deyib.
O, Premyer Liqanın XV turunun “Keşlə” ilə matçından sonra fikirlərini “CBC Sport”a açıqlayıb: “Bura üç xal üçün gəlmişdik və istəyimizə çatdıq. “Keşlə” ciddi, aqressiv komandadır. Uzun müddətdir futbol oynamırdım. Bütün məşqçilərə, komanda yoldaşlarıma təşəkkür edirəm. Şadam ki, ilk görüşdə qol vurdum. Üzərimdə işləyib daha yaxşı çıxış etməyə çalışacağam”.
Qeyd edək ki, mövsümün ikinci yarısının ilk oyunu “Zirə”nin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
- Fatih Tekkenin istefası qəbul edilmədi – “Trabzonspor”da qaldı
- Fatih Tekke İSTEFA VERDİ
- “Roma” Ostervolde transferindən imtina etdi – Futbolçu “Fənərbaxça”ya qayıdır
- UEFA İnfantinonun FİFA prezidentliyinə namizədliyini dəstəkləməyəcək
- UEFA İnfantinodan əl çəkmir – FIFA prezidentini devirmək üçün yeni plan