Həm yığmada, həm klubda çalışacaq
29.04.2022 - 13:43
Həm yığmada, həm klubda çalışacaq

“Mançester Yunayted”in baş məşqçisi Ralf Ranqnikin yeni iş yeri dəqiqləşib.

Apasport.az saytının məlumatına görə, almaniyalı mütəxəssis Avstriya Futbol Assosiasiyası ilə danışıqları yekunlaşdırıb.

Federasiyanın bugünkü toplantısında onun namizədliyi müzakirə olunub və baş məşqçi postuna gətirilməsi qərara alınıb. 64 yaşlı çalışdırıcı tezliklə 2 illik müqaviləyə qol çəkəcək və mövsümün sonundan etibarən Avstriya millisinin sükanı arxasına keçəcək.

Ranqnik eyni zamanda “Mançester Yunayted”də məsləhətçi vəzifəsini icra edəcək. Onun Premyer Liqa klubu ilə 2024-cü ilin yayına qədər müqaviləsi var.