Həmyerlisi Messini MLS-ə dəvət etdi
24.02.2022 - 17:24
Həmyerlisi Messini MLS-ə dəvət etdi

“İnter Mayami”nin hücumçusu Qonsalo İquain PSJ-dəki həmyerlisi Lionel Messini MLS-ə dəvət edib.

Apasport.az saytının məlumatına görə, argentinalı forvard bunun ABŞ futbolu üçün böyük üstünlük ola biləcəyini düşünür.

İquainin fikrincə, 35 yaşlı superulduz özü də orada xoş vaxt keçirər: “MLS çox güclü liqadır və inkişaf etməyə davam edir. Bura gələcəkdə ciddi futbolçular daha çox gələcək. Ümid edirəm ki, Messi nə vaxtsa MLS-də oynamağa gələcək. Çünki bu, həm liqa, həm də ölkə üçün çox faydalı olar. Lionel özü də burada əylənər, xoşbəxt olar”.

Qeyd edək ki, Lionel Messinin PSJ ilə müqavilə müddəti gələn ilin yayına qədərdir.