Hökumətdən futbolçulara vaksinasiya çağırışı
18.12.2021 - 14:49
Hökumətdən futbolçulara vaksinasiya çağırışı

İngiltərə Premyer Liqası və Böyük Britaniya hökuməti futbolçuları çağırış edib.

Apasport.az saytının məlumatına görə, koronavirusun daha da yayılmaması üçün oyunçulara vaksinasiya olunmaq tövsiyə edilib.

Buna Premyer Liqada yaranan vəziyyət səbəb olub. Son turun 10 matçından 5-i yoluxmalar üzündən təxirə salınıb.

Premyer Liqada çıxış edən futbolçuların 25 faizi vaksin olunmaqdan imtina edib. Nəticədə artıq çempionatın 19 görüşü təxirə düşüb.