Türkiyədə təlim-məşq toplanışında olan Azərbaycan klublarının qalibiyyətsiz oyunlar seriyası başa çatıb.
Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçilərimizin ilk 7 matçdakı qələbə həsrətinə "Zirə" son qoyub.
Bakı klubu bu gün hazırlıq çərçivəsində ikinci yoxlama oyununu keçirib. Zaur Həşimovun yetirmələri Antalyadakı "Topkapı" stadionunda Rumıniya təmsilçisi “Sepsi” ilə qarşılaşıb. Görüş "Zirə"nin 2:0 hesablı üstünlüyü ilə yekunlaşıb. Qarşılaşmada hər iki qola qanalı hücumçu Riçard Qadze imza atıb.
Qeyd edək ki, "Zirə" Antalyadakı ilk yoxlama görüşündə yerli "Umraniyespor"a (Türkiyə) 0:3 hesabı ilə məğlub olub. Qonşu ölkədəki digər təmsilçilərimizdən “Neftçi”, “Qəbələ”, “Sumqayıt” və “Səbail” ilk oyunlarında uduzublarsa, "Sabah" əvvəlcə yenilib, ikinci görüşündə rəqibi ilə qolsuz bərabərə qalıb.
Yoxlama görüşü
16 yanvar
"Zirə" – "Sepsi" (Rumıniya) - 2:0
Qollar: Riçard Qadze-2
Antalya. "Topkapı" stadionu
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI