Hüseynov 257-ci oldu
14.11.2021 - 22:54
Azərbaycan millisinin heyətində debüt gerçəkləşib.
Apasport.az saytının məlumatına görə, “Zirə”nin müdafiəçisi Cəlal Hüseynov ilk dəfə yığma forması ilə meydana çıxıb.
O, Qətərlə yoldaşlıq görüşünün sonlarında şans qazanıb. Cəlal milli tarixində 257-ci futbolçu olub.
Bunadək 275 matçda 256 oyunçu şans qazanmışdı. 276-cı qarşılaşmada bu rəqəm 257-yə çatıb.
Qeyd edək ki, Azərbaycan – Qətər matçı 2:2 hesabı ilə başa çatıb.
0
0