İbrahimoviç daha iki oyunu buraxacaq
07.02.2022 - 17:32
Zlatan İbrahimoviç “Milan”ın qarşıdakı oyunlarını buraxacaq.
Apasport.az saytının məlumatına görə, buna isveçli hücumçunun zədəsi səbəb olub.
Bu üzdən “İnter”lə Milan derbisini (2:1) buraxan forvard “Latsio” ilə kubok, “Sampdoriya” ilə çempionat matçlarından da kənar qalacaq. Bu qarşılaşmalar fevralın 9-da və 13-də keçiriləcək. “Yuventus”la yanvarın 23-də baş tutan görüşdə zədələnən futbolçunun gələn həftə meydana dönəcəyi gözlənilir.
Qeyd edək ki, veteran futbolçu cari mövsüm 19 matçda 8 qol vurub.
- Fatih Tekkenin istefası qəbul edilmədi – “Trabzonspor”da qaldı
- Fatih Tekke İSTEFA VERDİ
- “Roma” Ostervolde transferindən imtina etdi – Futbolçu “Fənərbaxça”ya qayıdır
- UEFA İnfantinonun FİFA prezidentliyinə namizədliyini dəstəkləməyəcək
- UEFA İnfantinodan əl çəkmir – FIFA prezidentini devirmək üçün yeni plan
0
0