İkiqat artıq maaşdan imtina
22.12.2021 - 22:04
“Lion”un futbolçusu Lukas Paketanın “Nyukasl”a keçidi baş tutmayacaq.
Apasport.az saytının məlumatına görə, Fransa klubu yarımmüdafiəçisini satmaqdan imtina edib.
İngiltərə təmsilçisi Paketa üçün 40 milyon avro təklif etsə də, keçid baş tutmayıb. Lionlular qiymətin bir az da qaldırılması halında transferdə maraqlı olsa, Lukasın özü Fransada qalmaq istəyib.
Nyukasllıların 24 yaşlı braziliyalının özünə də yüksək maaş vəd etməsi də onu fikrindən daşındırmayıb. Hazırda ilə 5 milyon qazanan Lukas yeni klubunda iki dəfə artıq əldə edə bilərdi.
0
0