Asiyada 2021-ci ilin rəmzi komandası açıqlanıb.
Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) Asiya Futbol Konfederasiyasında çıxış edən yığmaların oyunçularından ibarət simvolik “11-liy”i müəyyənləşdirib.
Eyni zamanda ehtiyat qüvvənin də seçildiyi rəmzi komandanın baş məşqçisi adına isə Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun çalışdırıcısı Leonardo Yardim layiq görülüb.
Qapıçı: Metyu Rayan (Avstraliya – “Arsenal”/“Real Sosyedad”);
Müdafiəçilər: Takehiro Tomiyasu (Yaponiya – “Bolonya”/“Arsenal”), Hossein Kananizadegan (İran – “Persepolis” /“Əl-Əhli”), Abdel Karim Hassan (Qətər – “Əl-Sədd”), Yasser əl-Şarani (Səudiyyə Ərəbistanı – “Əl-Hilal”);
Yarımmüdafiəçilər: Takefusa Kubo (Yaponiya – “Real”/“Xetafe”), Yuya Osako (Yaponiya – “Vissel Kobe”), Vu Li (Çin – “Espanyol”);
Hücumçular: Əli Maxbut (BƏƏ – “Əl-Cəzirə”), Sərdar Azmun (İran – “Zenit”), Xın Min Son (Cənubi Koreya – “Tottenhem”).
Ehtiyat oyunçular: Məhəmməd əl-Ovais (Səudiyyə Ərəbistanı – “Əl-Əhli”), Hiroki Sakai (Yapiniya – “Urava”), Macid Hosseini (İran – “Kayserispor”), Qaku Şibaskai (Yaponiya – “Leqanes”), Əkrəm Afif (Qətər – “Əl-Sədd”), Mehdi Taremi (İran – “Porto”), Xvan Hi Çan (Cənubi Koreya – “Vulverhempton”).
Baş məşqçi: Leonardo Yardim (Portuqaliya - "Əl-Hilal").
