Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2021-ci ilin ən yaşlı futbolçularının siyahısını açıqlayıb.
Apasport.az saytının məlumatına görə, milli çempionatların yüksək liqalarında meydana çıxan 5 ən yaşlı oyunçu bəlli olub.
İlk iki pilləni qapıçılar tutur. Mohamed Abdel Monsef 2021-ci ilin ən “qoca” oyunçusu olub. Kristian Luçetti isə ikinci yeri tutub. Sahə oyunçularından rekord Stiv Evansa məxsusdur.
2021-ci ilin 5 ən yaşlı futbolçusu
1. Mohamed Abdel Monsef (Misir, “Əl-İttihad”) - 44 yaş 321 gün
2. Kristian Luçetti (Argentina, “Atletiko Tukuman”) – 43 yaş 169 gün
3. Stiv Evans (Uels, “Karnarfon”) – 42 yaş 298 gün
4. Abbas Ahmed Atvi (Livan, “Al Akva”) – 42 yaş 107 gün
5. Conatan Juber (Lüksemburq, “Düdelanj”) – 41 yaş 336 gün