İngiltərə çempionatları tarixində ən çox qol vuran klublar – “5-lik”
26.12.2021 - 10:12
İngiltərə çempionatları tarixində ən çox qol vuran klublar – “5-lik”

İngiltərə çempionatı tarixində ən çox qol vuran 5 komandanın adı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, XVIII turda “Lids”lə səfər matçında 4:1 hesablı qələbə qazanan “Arsenal” ümumilikdə 7000 qol səddinə çatan üçüncü komanda olub.

Siyahıya isə Liverpul klubları başçılıq edir. “Everton” 7139 qolla zirvədə qərarlaşırsa, onu “Liverpul” 7069 topla izləyir. İlk “beşliy”in digər sakinləri isə “Aston Villa” ilə “Mançester Yunayted”dir.

Maraqlıdır ki, bu 5 komanda həm də İngiltərə çempionatları tarixində ən çox qələbə qazananlardır. Bu nominasiya üzrə isə “Liverpul” ilk sıradadır. “Mersisaydlılar” 2000 qələbə həddinə çatan ilk komandadır. Bu mənada onu müvafiq olaraq “Arsenal”, “Everton”, “Mançester Yunayted” və “Aston Villa” izləyir.

1. Everton - 7139 qol
İngiltərə çempionatlarında keçirdiyi oyun sayı: 4611
İngiltərə çempionatlarında qələbə sayı: 1872
İngiltərə çempionatlarında vurduğu qol sayı: 7139
İngiltərə çempionatlarında buraxdığı qol sayı: 6388
Top fərqi: 751

2. “Liverpul” - 7069 qol
Oyun sayı: 4227
Qələbə sayı: 2000
Vurduğu qol sayı: 7069
Buraxdığı qol sayı: 5090
Top fərqi: 1979

3. “Arsenal” - 7003 qol
Oyun sayı: 4228
Qələbə sayı: 1928
Vurduğu qol sayı: 7003
Buraxdığı qol sayı: 5300
Top fərqi: 1703

4. “Aston Villa” - 6727 qol
Oyun sayı: 4163
Qələbə sayı: 1675
Vurduğu qol sayı: 6727
Buraxdığı qol sayı: 6215
Top fərqi: 512

5. “Mançester Yunayted” - 6677 qol
Oyun sayı: 3870
Qələbə sayı: 1857 
Vurduğu qol sayı: 6677
Buraxdığı qol sayı: 4098
Top fərqi: 1769