İngiltərə nəhəngində futbolçular baş məşqçidən narazıdır
11.02.2022 - 14:34
“Mançester Yunayted”də futbolçular baş məşqçi Ralf Ranqnikdən narazıdır.
Apasport.az saytı xəbər verir ki, oyunçular almaniyalı mütəxəssisin istifadə etdiyi metodları bəyənmir.
Onların fikrincə, çalışdırıcı məşqləri köhnə üsullarla keçir. Üstəlik, məşqlərə nəzarət Ranqnikdə deyil, köməkçisi Kris Armasanın əlindədir. Armas isə heç vaxt Şimali Amerikadan kənarda işləməyib, yalnız dekabrda Ranqnikin köməkçisi təyin olunub.
Qeyd edək ki, “Mançester Yunayted” Ralf Ranqniki müvəqqəti olaraq mövsümün sonuna qədər baş məşqçi postuna gətirib.
0
0