İnsinye MLS klubu ilə razılığa gəldi
28.12.2021 - 20:54
Lorenso İnsinye “Toronto” ilə müqavilənin şərtlərini razılaşdırıb.
Apasport.az saytının məlumatına görə, “Napoli”nin hücumçusu MLS təmsilçisi ilə uzunmüddətli anlaşma bağlamağa yaxındır.
O, yayda azad agent kimi Kanada klubuna keçsə, 5 illik sözləşmə imzalayacaq. Onun illik qazancı 9,5 milyon olacaq.
Qeyd edək ki, futbolçusunu saxlamaq niyyətində olan “Napoli” ona yalnız 3,5 milyon avro ödəməyə razıdır.
0
0