İnsinyeyə MLS-dən 8 milyonluq təklif
24.12.2021 - 13:29
İnsinyeyə MLS-dən 8 milyonluq təklif

Lorenso İnsinye yeni təklif alıb.

Apasport.az saytının məlumatına görə, “Napoli”nin hücumçusu karyerasını MLS-də davam etdirə bilər.

30 yaşlı futbolçunun xidmətində “Toronto” maraqlıdır. Kanada klubu artıq İnsinyeyə təklif də göndərib.

MLS klubu forvarda ildə 8 milyon avro ödəməyə hazırdır. Ona 3 illik anlaşma təklif olunub.

Qeyd edək ki, Lorensonun İtaliya klubu ilə müqaviləsi mövsümün sonunda başa çatacaq.