“İnter”in baş məşqçisi Simone İnzaqi transfer siyasətindən danışıb.
Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis “Kalyari”nin yarımmüdafiəçisi Naitan Nandesin mümkün transferi ilə bağlı fikirlərini bölüşüb.
O, eyni zamanda komandanın iki futbolçusu ilə müqavilənin uzadılmasını da istəyib: “Marselo Brozoviçin tezliklə “İnter”lə yeni müqavilə imzalamasını istəyirəm. O, klubda xoşbəxtdir. Həmçinin ümid edirəm ki, İvan Perişiç də yeni saziş bağlayacaq. Naitan Nandes isə qış transfer pəncərəsində bizim üçün maraqlı fürsət ola bilər”.
Qeyd edək ki, “İnter” 19 turdan sonra 46 xalla A seriyasında birinci pillədə qərarlaşır.