İspaniya klubundan 20 milyonluq təklif
10.01.2022 - 17:58
İspaniya klubundan 20 milyonluq təklif

“Vilyarreal” Pablo Sarabiyanı transfer etmək niyyətindədir.

Apasport.az saytının məlumatına görə, İspaniya klubu PSJ-nin yarımmüdafiəçi ilə bağlı təklif hazırlayıb.

La Liqa təmsilçisi hazırda Portuqaliya “Sportinq”ində icarədə olan futbolçu üçün 20 milyon ödəməyə hazırdır. “Vilyarreal” 29 yaşlı ispanyalının keçidini yayda gerçəkləşdirməyi planlaşdırır.

Qeyd edək ki, Sarabiya cari mövsümün 23 matçında 7 qol vurub. Onun PSJ ilə müqaviləsi 2024-cü ildə başa çatacaq.