İspaniya nəhəngi Aspilikueta ilə razılığa gəldi
29.12.2021 - 14:03
İspaniya nəhəngi Aspilikueta ilə razılığa gəldi

“Çelsi”nin futbolçusu Sezar Aspilikueta karyerasını İspaniyada davam etdirməyə yaxındır.

Apasport.az saytının məlumatına görə, təcrübəli müdafiəçi “Barselona”ya keçməyə razılıq verib.

La Liqa klubu Sezarın yayda azad agent kimi keçidini razılaşdırıb. Müqaviləsi mövsümün sonunda başa çatacaq Aspilikueta 2012-ci ildən “Çelsi”nin şərəfini qoruyur.

Qeyd edək ki, müdafiəçi cari mövsümdə 12 oyun keçirib.