İstanbul derbisində qollu bərabərlik
08.05.2022 - 22:00
Türkiyə Super Liqasında XXXVI turun oyunları davam edir.
Apasport.az saytının məlumatına görə, bu tur İstanbul derbisi ilə yadda qalıb.
Turnir cədvəlinin ikinci pilləsində qərarlaşan "Fənərbaxça" "Beşiktaş"ın qonağı olub. Əzəli rəqiblərin dueli 1:1 hesabı ilə yekunlaşıb. 6-cı dəqiqədə qonaqlar Filip Novakın qolu ilə önə keçsə də, 31-ci dəqiqədə Raşid Qezzal penaltidən status-kvonu bərpa edib.
Bu bərabərlikdən sonra "Fənərbaxça" 69 xalla ikinci pillədə qalıbsa, aktivində 55 xal olan "Beşiktaş" 7-ci yerdə qərarlaşıb.
0
0