İtaliya klubu “Arsenal”ın futbolçusunu alır
21.12.2021 - 00:34
İtaliya klubu “Arsenal”ın futbolçusunu alır

“Arsenal”ın futbolçusu Lukas Torreyra “Fiorentina”ya keçəcək.

Apasport.az saytının məlumatına görə, uruqvaylı yarımmüdafiəçi icarə əsasında çıxış etdiyi İtaliya klubuna transfer olunacaq.

Florensiyalılar 25 yaşlı cənubi amerikalıya 4 illik müqavilə təklif edib. Onun illik maaşı 3 milyon avro təşkil edəcək.

Qeyd edək, Lukas cari mövsüm A seriyasında 15 oyun keçirib. Onun aktivində 1 qol və 1 assist var.