İtaliya klubunu “Qalatasaray”dan üstün tutdu
04.01.2022 - 10:51
İtaliya klubunu “Qalatasaray”dan üstün tutdu

Polşa millisinin hücumçusu Kşiştof Pyontekin “Qalatasaray”a transferi baş tutmayacaq.

Apasport.az saytının məlumatına görə, “Herta”nın futbolçusu Türkiyə klubuna keçmək fikrindən daşınıb.

27 yaşlı futbolçu yenidən İtaliyaya köçməyə hazırlaşır. Çünki Pyontek sabiq komandası “Cenoa”ya dönməyə yaxındır. Genuyalılar bu transferlə bağlı Bundesliqa klubu ilə hərtərəfli anlaşma əldə edib. Yaxın günlərdə keçid rəsmən açıqlanacaq.

Qeyd edək ki, Kşiştof Pyontek İtaliyada 2018/19 mövsümündə “Cenoa”nın, növbəti mövsüm isə “Milan”ın formasını geyinib.