“Dünənki oyunda etdiyimiz səhvləri bu gün səhər videobaxış zamanı oyunçularıma göstərdim”.
Apasport.az saytının məlumatına görə, bunu futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio da Silva deyib.
Braziliyalı mütəxəssis Ukrayna ilə ikinci yoldaşlıq oyunundan sonra fikirlərini açıqlayıb. O, 1:5 hesablı məğlubiyyətə belə şərh verib: “Təbii ki, çalışdıq bu dəfə həmin səhvləri etməyək. Bəlkə də, bunun nəticəsidir ki, dünənlə müqayisədə birinci hissədə daha yaxşı oynadıq. İkinci hissədə gücümüz tükəndi. Sanki beyin artıq verilən tapşırıqları icra edə bilmirdi. Nəticədə səhvlər çoxaldı, adiləşdi. Nəticədə oyunçular daha çox fərdi oyuna üstünlük verdilər. Halbuki biz tapşırıqları kollektiv şəkildə yerinə yetirməli idik. Səhvlər çoxaldıqca rəqib də bundan maksimum istifadə etdi. Bu da oyun intizamının pozulmasına gətirib çıxardı”.
Qeyd edək ki, bu komandalar arasında dünən keçirilən görüşdə yığmamız 0:4 hesabı ilə uduzub.