Kaliniç “Latsio”ya təklif olundu
27.12.2021 - 09:55
Kaliniç “Latsio”ya təklif olundu

“Verona”nın hücumçusu Nikola Kaliniç qış transfer pəncərəsində klubunu dəyişməyə yaxındır.

Apasport.az saytının məlumatına görə, 33 yaşlı xorvatiyalı “Latsio”ya təklif olunub.

Romalılar artıq yeni hücumçu axtarışına başlayıb. “Latsio” Vedat Muriqinin komandadan gedəcəyi variant üçün oyunçu axtarır.

Qeyd edək ki, Nikola cari mövsümün 9 matçında 3 dəfə fərqlənib.