“Karyeramı bitirməklə bağlı təşəbbüs özümdən gəldi”.
Bunu apasport.az saytına açıqlamasında “Səbail”in qapıçısı Kamran Ağayev verib.
Azərbaycan millisinin sabiq üzvü futboldan getmək istədiyini bildirsə də, bunun qəti qərarı olmadığını gizlətməyib. O, bu gün rəhbərliklə görüşdən sonra məsələyə aydınlıq gələcəyini vurğulayıb: “Düzü, karyeramı bitirib-bitirməyəcəyimi hələ dəqiq bilmirəm. Son qərarımı hələ verməmişəm. Bu gün rəhbərliklə görüşüm olacaq. Orada bu məsələni müzakirə edəcəyik. Yəqin ki, həmin görüşdən sonra hər şey dəqiqləşəcək”.
Qeyd edək ki, “Səbail”in icraçı direktoru Fərəc Əliyev əməkdaşımızla söhbətində Kamran Ağayevin onunla görüşərək, karyerasını bitirmək qərarına gəldiyini açıqlayıb.