Kamran Ağayev millidə işləyəcək
11.01.2022 - 14:39
Kamran Ağayev millidə işləyəcək

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Azərbaycan millisinin sabiq qapıçısı Kamran Ağayevlə görüşüb.

Apasport.az-ın assosiasiyanın rəsmi saytına istinadən məlumatına görə, Məmmədov futbolçu karyerasını yenicə başa vuran Ağayevə təşəkkürünü bildirib və gələcək fəaliyyətində uğurlar arzulayıb.

36 yaşlı sabiq qolkiper karyerası ərzində Türkiyə, Portuqaliya, Çexiya klublarında çıxış edib və Azərbaycan yığmasının heyətində 79 oyun keçib. AFFA-nın təklifi ilə Kamran Ağayev qapıçı məşqçiləri üçün təşkil olunan müxtəlif kurslarda iştirak edəcək, milli komandalarda qapıçı məşqçisi kimi fəaliyyət göstərəcək.

Görüşdə AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov və Texniki Departamentin rəhbəri Cahangir Həsənzadə də iştirak edib.