“Səbail”in qapıçısı Kamran Ağayev karyerasını başa vurmaq qərarına gəlib.
Bu barədə apasport.az saytına paytaxt klubunun icraçı direktoru Fərəc Əliyev məlumat verib.
Əliyev bildirib ki, 36 yaşlı qolkiper bu gün onunla görüşərək futboldan getmək qərarına gəldiyini söyləyib: “Kamranın klubla müqavilə müddəti mövsümün sonuna qədərdir. Sözləşməsinə hələ xitam verməmişik. Onunla yəqin ki, daha bir dəfə görüşəcəyik. Əgər fikrini dəyişməsə, biz də qərarına hörmətlə yanaşıb, müqaviləsinə xitam verəcəyik. Ancaq söhbət zamanı belə başa düşdüm ki, Kamran fikrində qətidir”.
Qeyd edək ki, yığmamızın sabiq qapıçısı 2019-cu ildə “Keşlə”dən ayrıldıqdan sonra futboldan getdiyini açıqlasa da, 2020-ci ildə karyerasını bərpa edərək, “Səbail”lə anlaşıb.