Kaqava özünə klub tapdı
10.01.2022 - 14:35
“Mançester Yunayted” və Dortmund “Borussiya”sının sabiq futbolçusu Sindzi Kaqavanın yeni klubu bəlli olub.
Apasport.az saytının məlumatına görə, yaponiyalı yarımmüdafiəçi karyerasını Belçikada davam etdirəcək.
Kaqava “Sent-Truden” klubuna keçib. 32 yaşlı futbolçu yeni komandasına azad agent kimi qoşulub.
Bunadək Sindzinin PAOK-la müqaviləsinə xitam verilib. O, cari mövsümdə cəmi 4 matçda iştirak edib.
Qeyd edək ki, Kaqava “Sent-Truden”in heyətində 7-ci yaponiyalıdır.
0
0