Kavaninin taleyinə aydınlıq gəldi
10.01.2022 - 09:30
“Mançester Yunayted”in futbolçusu Edinson Kavaninin taleyinə aydınlıq gəlib.
Apasport.az saytının məlumatına görə, uruqvaylı hücumçu qış transfer pəncərəsində komandasını dəyişməyəcək.
Bunu İngiltərə klubunun baş məşqçisi Ralf Ranqnik açıqlayıb. Almaniyalı mütəxəssis futbolçu ilə söhbətində buna əmin olub: “Edinson mənə dedi ki, dəqiq burada qalacaq. Ümid edirəm ki, Kavani bizə kömək edəcək”.
Qeyd edək ki, Kavaninin İspaniya klublarından birinə keçəcəyi gözlənilirdi.
0
0